Aİ bu ölkəyə 145 milyon avro məbləğində maliyyə yardımı göstərəcək | Banco.az

Aİ bu ölkəyə 145 milyon avro məbləğində maliyyə yardımı göstərəcək

Müəllif - Aida İsaq, Banco.az

Aİ Moldovaya növbəti maliyyə dəstəyini ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Rumıniyadan olan üzvü Ziqfrid Mureşan bildirib. Beləliklə, AP Moldovaya 145 milyon avro məbləğində makromaliyyə yardımının lehinə səs verib. Bununla yanaşı, parlamentari həmçinin Kişinyovda hakimiyyətə dəstəyin davam etdirilməsi və artırılmasının zəruriliyini qeyd edib.

Z.Mureşanın sözlərinə görə, yardım paketi 45 milyon avro qrant və 100 milyon avro kreditdən ibarətdir. Vəsaitin birinci hissəsinin bu ilin üçüncü rübündə, ikinci hissəsinin isə dördüncü rübdə olmaqla iki tranşla göndəriləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et