Türkiyədə sənaye istehsalı gözlənilən nəticəni verməyib | Banco.az

Türkiyədə sənaye istehsalı gözlənilən nəticəni verməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə mart ayında sənaye istehsalı proqnozlara uyğun gəlməyib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) sənaye istehsalı üzrə mart ayının məlumatlarını açıqlayıb. 

Məlumatlar göstərir ki, mart ayı ərzində ölkədə illik sənaye istehsalı iqtisadçıların gözləntilərini doğrultmayıb.

Belə ki, sənaye istehsalında aylıq 5,5 faiz artım müşahidə olunsa da, illik 0,1 faiz azalma qeydə alınıb.

Qeyd edək ki, “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar sözügedən dövrdə ölkədə sənaye istehsalının aylıq 2,7 faiz, illik isə 0,5 faiz artacağını düşünürdülər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et