"Toyota" şirkəti satış və mənfəətində artım gözləyir | Banco.az

"Toyota" şirkəti satış və mənfəətində artım gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota”nın cari maliyyə ili üzrə mülayim mənfəət proqnozu analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

Banco.az xəbər verir ki, dünyanın 1 nömrəli avtomobil istehsalçısı “Toyota” analitiklərin proqnozlarına uyğun olaraq 2024-cü ilin mart ayına qədər olan dövrü əhatə edən cari maliyyə ilində əməliyyat mənfəətinin 3 trilyon yen (22,2 milyard dollar) olacağını proqnozlaşdırıb. 

Bununla yanaşı, şirkət xalis satış həcminin bazar gözləntilərinə uyğun olaraq 38 trilyon yenə çatacağını düşünür. Bununla da, şirkət ümumilikdə 10 faiz mənfəət artımı və elektromobillər üzrə satışların intensivləşməsini hədəfləyir.

Xatırladaq ki, “Toyota”nın yeni CEO-su Koji Sato keçmiş açıqlamalarında aşağıkı fikirlərə yer vermişdi:

Ən sərfəli kredit üçün müraciət et

“Toyota-nın avtomobil şirkətindən mobillik şirkətinə çevrilməsi mənim əsas prioritetimdir, bu keçidin əsasını isə karbon neytral olmaq təşkil edəcək."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et