Müəllif - Aida İsaq, Banco.az
Bəhreyn dünyanın 0,1%-lə deflyasiyaya uğrayan yeganə ölkəsi olub.
Banco.az xəbər verir ki, bu barədə BMT-yə üzv olan 193 ölkənin milli statistika idarələrinin məlumatlarına əsasən məlum olub. Məlumata görə, cari ayda statistik göstəricilərini açıqlayan 142 ölkədən 102-də mart ayında inflyasiya yavaşlayıb. Ən çox Cənubi Sudanda azalma 12,1 faiz bəndi olub. Qanada isə bu göstərici 7,8 faiz bəndi azalıb.
Eyni zamanda, ən çox Livan olmaqla mart ayında 34 ölkədə qiymətlər bahalaşıb. Yazın əvvəlində Şərqi Timor, Monqolustan, Keniya və Namibiya olmaqla dörd ölkədə qiymət artımı dəyişməz qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!