“Saudi Aramco”nun xalis mənfəətində azalma qeydə alınıb | Banco.az

“Saudi Aramco”nun xalis mənfəətində azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Aramco”nun xalis mənfəəti 2023-cü ilin I rübündə azalıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ilin ilk rübü üzrə xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən əvvəlki ilin eyni dövrünə nəzərən 19 faiz aşağı düşüb.

Şirkət yanvar-mart dövrünü əhatə edən balans hesabatını dərc edib. Bu hesabata görə, sözügedən aylar ərzində “Aramco”nun xalis mənfəəti 31,9 milyard dollara qədər azalıb ki, şirkət ötən ilin eyni dövründə 39,5 milyard dollar xalis mənfəət əldə etmişdi.

Xatırladaq ki, 2022-ci ilin ilk rübündə əvvəlki illə müqayisədə xalis mənfəətini 82% artırmağa müvəffəq olan “Aramco” yüksək neft qiymətlərinə görə dünyanın ən dəyərli şirkətləri siyahısında ABŞ-ın texnologiya şirkəti “Apple”ı 2020-ci ildən bəri ilk dəfə geridə qoyaraq liderliyə yüksəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et