Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da bank səhmləri kritik texniki səviyyədən aşağı istiqamətdə hərəkət edir. Analitiklərin fikrincə, bu, ümumilikdə birjalar üçün yaxşı xəbər olmaya bilər.
Banco.az xəbər verir ki, ABŞ-da ki böyük regional bankın iflasa uğramasından və digərinin Wall Street nəhəngi “JPMorgan” tərəfindən satın alınmasından sonra ölkənin bank sektorunun səhmləri kritik texniki səviyyəyə doğru ucuzlaşmaqdadır.
ABŞ-ın ən böyük ictimai banklarını izləyən S&P 500 Maliyyə İndeksi 2007-ci ildəki pik həddindən aşağı düşmək üzrədir.
Qeyd edək ki, 2008-ci il maliyyə böhranından sonra sözügedən pik həddə on ildən çox müddətdə nail olan indeks 2021-ci ilin yanvarından bəri 2007-ci ildəki 517 bəndlik həddən yuxarı hərəkət edir.
Xatırladaq ki, “JPMorgan”ın “First Republic Bank”ı satın almasından sonra ABŞ-ın regional bank səhmləri ötən həftə kəskin dəyər itkisi ilə üzləşib. Belə ki, “PacWest Bancorp” 43 faiz, “Western Alliance Bancorp” isə həftəlik 27 faiz ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!