PAŞA Bank
Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis
PAŞA Bank namizədləri Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- İllik büdcə planlama prosesinin icrasında effektiv şəkildə iştirak;
- Departament və şöbələrə gəlir və xərc büdcəsinin hazırlanmasında dəstək göstərilməsi;
- Büdcənin icrasına nəzarət və fərqlərin təhlili;
- Maliyyə modelləşdirilməsi;
- İlin sonunda maliyyə proqnozlarının hazırlanması;
- Proseslərin optimallaşdırılmasında iştirak;
- Maliyyə departamentinin layihələrdə təmsil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 3 il
- Xarici dillər: İngilis dili (səlis)
- Kompüter bilikləri: “VBA for applications” , "Microsoft Office" proqramları
- Lisenziya/ Sertifikat: ACCA və ya ekvivalent sertifikatlar
- Digər: Beynəlxalq Maliyyə Hesabatlıq Standartların biliyi; Vaxtın səmərəli idarəedilməsi; Ünsiyyət və təqdimat bacarıqları.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!