PAŞA Bank
Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis
PAŞA Bank namizədləri Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Defolt riskinin azaldılmasını dəstəkləyən kredit portfelinin idarə edilməsi və yüksək riskli hesabların idarə edilməsi alətlərinin yaradılmasına cavabdehlik;
- Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
- Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
- Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi;
- Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
- Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
- Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
- Xarici dil: ingilis dili (səlis)
- Kompüter bilikləri: "Microsoft Office" proqramları.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!