Sayt Etibarlılığı üzrə Mühəndis | Banco.az
PAŞA Bank

Sayt Etibarlılığı üzrə Mühəndis

Vakansiya haqqında məlumat: 

 

Sayt Etibarlılığı üzrə Mühəndis

PAŞA Bank namizədləri Sayt Etibarlılığı üzrə Mühəndis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Mövcudluq, gecikmə, performans, səmərəlilik və dəyişikliklərin idarəedilməsi;
  • İlkin dövrdən dizayna kimi, habelə işə salınma, əməlliyat və təkmilləşdirmə kimi xidmətlərin hər bir dövrü ilə məşğul olaraq təkmilləşdirilməsi;
  • Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesinin yaradılması;
  • Xidmətlərin işə salınmasından öncə sistem dizayn konsaltinqi, proqram platformaları, çərçivələrin hazırlanması, həcm planlaması və işə salma araşdırmaları kimi fəaliyyətlər vasitəsi ilə dəstəklənməsi;
  • Xidmətləri işə saldıqdan sonra mövcudluğun, gecikmələrin və ümumi sistem sağlamlığının ölçülməsi və izlənməsi yolu ilə dəstəklənməsi;
  • Sistemlərin davamlılığını avtomatik mexanizmlər vasitəsi ilə ölçülməsi, sitemlərin etibarlılığını və sürətini artıran dəyişiklikləin inkişaf etdirilməsi;
  • Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edərək müzakirələrin aparılması;
  • Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analiz edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Minimum 5 il
  • Lisenziya/ Sertifikat: Java OCP üzrə sertifikata üstünlük verilir
  • Xarici dillər: İngilis dili (səlis)
  • Komputer bilikləri: C, C++, Java, Python or Go sadalananlardan bir və ya bir neçəsi üzrə təcrübə Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, GitHub Actions, Jenkins üzrə təcrübə
  • Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı üzrə təcrübə:

Dizayn, təhlil və geniş miqyaslı paylaşma sistemləri üzrə problemlərin aradan qaldırılmasına maraq

Kodun nizamlanması, optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması bacarığı

  • Bazar üzrə biliklər: SRE və DevOps trendləri
  • Digər: Komandada iş, güclü ünsiyyət və münaqişələri həll etmə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram