Müəllif - Aida İsaq, Banco.az
Ukraynanın milli enerji şirkəti “Ukrenerqo” Polşaya elektrik enerjisi ixracını bərpa edib.
Banco.az xəbər verir ki, ixracın fasiləsiz olaraq tam şəkildə icra olunması bərpa olunub. Şirkətin məlumatına görə, ölkədə daxili tələbatı ödəmək üçün kifayət qədər elektrik enerjisi istehsal olunur. O cümlədən resurs günəş və külək elektrik stansiyalarının köməyi ilə hasil edilir.
Qeyd edək ki, mayın 1-də Varşavanın əlavə həcmlərə ehtiyacı olmaması səbəbindən "Ukrenerqo" Polşaya elektrik enerjisi ixracını dayandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!