Müəllif - Aida İsaq, Banco.az
Milyarder Vorren Baffet son dövrlər müflis olan bankların rəhbərlərini tənqid edib.
Banco.az xəbər verir ki, o, “Berkshire Hathaway”in illik ümumi yığıncağında çıxışı zamanı yaranan vəziyyətə görə maliyyə qurumlarının rəhbərlərinin günahkar olduğunu bildirib. İnvestor Kaliforniyada yerləşən investisiya bankı “First Republic Bank”ın müəyyən dərəcələrlə, bəzi hallarda 10 ilə qədər təminatsız ipoteka krediti verməsini olduqca riskli təklif adlandırıb.
Qeyd edək ki, böhranla üz-üzə olan “First Republic Bank” Nyu-Yorkda yerləşən “JPMorgan Chase” konqlomeratı tərəfindən satın alınıb. Bankın ölkədəki səkkiz əyalətində 84 filialının hamısı “JPMorgan Chase” bayrağı altında açılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!