Estoniyada ərzaq qiymətləri kəskin bahalaşıb | Banco.az

Estoniyada ərzaq qiymətləri kəskin bahalaşıb

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ilin aprelində Estoniyada ərzaq qiymətləri kəskin bahalaşıb. 

Banco.az xəbər verir ki, qiymət artımı daha çox tərəvəz, şəkər, ət və süd məhsullarında müşahidə olunub. 2022-ci ilin aprel ayı ilə müqayisədə 2023-cü ilin aprelində bir çox məhsulun qiymətləri əhəmiyyətli dərəcədə artıb. Xüsusilə şəkər ötən ilin aprel ayı ilə müqayisədə 109% bahalaşıb. Buğda unu və çörəyin qiyməti 52% bahalaşıb. Ət məhsulları kateqoriyasında ən çox broylerin qiymətində artım qeydə alınıb. Mal əti isə 41% bahalaşıb. Süd 44%, kefir 32%, xama isə 41% bahalaşıb.

Qeyd edək ki, Estoniyada əhalinin iqtisadi vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar 2023-cü ilin yanvar-mart ayları arasında mağazalardan oğurluqların sayının keçən ilin eyni dövrü ilə müqayisədə 15% artdığı məlum olub. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram