Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə Rusiya qazının Avropaya boru kəməri ilə ixracının təxminən iki dəfə azalacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, agentliyin yeni hesabatına əsasən, ölkələrə tədarüklər 43 milyard kubmetr təşkil edəcək ki, bu da 2022-ci ilə nisbətən 45 faiz azdır. Ekspertlər bu qənaətə 2023-cü ilin birinci rübündə Rusiya qazının Aİ-yə ixracının səviyyəsinə əsaslanaraq gəldiyini vurğulayıb.
Həmçinin qeyd olunur ki, keçən il Rusiyadan Avropaya qaz ixracı 90 milyard kubmetr azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!