"Gmail"ə də mavi işarə əlavə olunur | Banco.az

"Gmail"ə də mavi işarə əlavə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Artıq “Gmail”də də mavi işarə xidməti aktiv olacaq.

Banco.az xəbər verir ki, “Google” şirkəti tərəfindən təklif olunan “Gmail” “e-poçt” xidməti emeylləri göndərən hesabların təsdiqlənməsini göstərən mavi işarə ilə istifadəçilərinin qarşısına çıxmağa hazırlaşır.

“Google”un bu gün elan etdiyi sözügedən yenilik dələduzlara qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlardan biridir.

Şirkətdən edilən açıqlamada artıq “Gmail”də də “Twitter” kimi platformalarda rast gəldiyimiz mavi işarələrin olacağı qeyd edilib.

Texnologiya nəhənginin yayımladığı ekran görüntülərində mavi işarənin e-poçtu göndərən hesabın adının düz yanında yer alacağı bəlli olur. “Google” həmçinin bildirib ki, loqosunu əlavə edərək təsdiqləmədən keçən şirkətlər avtomatik olaraq mavi işarə alacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et