FED maraqla gözlənilən faiz qərarını açıqlayıb | Banco.az

FED maraqla gözlənilən faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) bank inamı ilə bağlı böhran və inflyasiya dilemması fonunda faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, FED uçot dərəcəsini 25 baza bəndi artıraraq 5-5,25 faiz aralığına qaldırıb. Qərar yekdilliklə qəbul edilib.

Bu, 2022-ci ilin martından bəri reallaşdırılan 10-cu faiz artımıdır. Bununla da, faiz dərəcələri 2007-ci ilin avqustundan bu yana qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Ekspertlər də məhz 25 baza bəndi artım gözləyirdilər.

Qeyd edək ki, mərkəzi bank faiz artımı silsiləsinin sonuna çatıldığına dair işarələr verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et