Müəllif - Aida İsaq, Banco.az
ABŞ və müttəfiqləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketini hazırlayır.
Banco.az xəbər verir ki, yeni sanksiyalar bundan əvvəlkilərin tətbiqi zamanı yaranan boşluqları aradan qaldırmaq məqsədi daşıyır. Bununla yanaşı, Rusiya ərazisindən məhsulların tranzitinin məhdudlaşdırılması və gəmilərə nəzarətin gücləndirilməsi planlaşdırılır.
Məlumata görə, müvafiq tədbirlər planının həyata keçirilməsi Aİ-yə üzv olan bütün dövlətlərin dəstəyini tələb edəcək. Eyni zamanda 30-a yaxın Rusiya vətəndaşına qarşı fərdi sanksiyaların tətbiqi də planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!