Qızıl investorları FED-in faiz qərarını gözləyir | Banco.az

Qızıl investorları FED-in faiz qərarını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl investorlarının diqqət mərkəzində FED tərəfindən açıqlanacaq faiz qərarı var.

Banco.az xəbər verir ki, ABŞ-da iqtisadi göstəricilərin pisləşməsi və borc limiti problemi ilə bağlı defolt narahatlıqları fonunda qızılın qiyməti çərşənbə axşamı 1,7 faiz bahalaşdıqdan sonra stabilliyini saxlayır.

Fevral ayının sonundan bu yana 10 faizdən çox bahalaşan qiymətli metal hazırda 2000 dollar həddindən yuxarı ticarət edilir.

Qeyd edək ki, ABŞ-da regional banklarda artan satışlar təhlükəsiz aktivlərə olan tələbi dəstəkləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram