Müəllif - Aida İsaq, Banco.az
Avrozona bankları mart ayında kreditləşməni yavaşladıb.
Banco.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb. Kredit artımının səngiməsinə yüksək faiz dərəcələri və qeyri-müəyyən iqtisadi vəziyyət səbəb olub.
Mart ayında Avrozona üzvü olan 20 ölkədə biznesə verilən kreditlər keçən ilin eyni dövrü ilə müqayisədə cəmi 5,2 faiz artıb. Fevralda isə müvafiq səviyyə 5,7 faiz artıb.
Qeyd edək ki, ev təsərrüfatlarına ayrılan kreditlərin artımı da mart ayında 3,2 faizdən 2,9 faizə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!