“Tesla”nın elektrikli avtomobilləri bahalaşıb | Banco.az

“Tesla”nın elektrikli avtomobilləri bahalaşıb

Müəllif - Aida İsaq, Banco.az

“Tesla” Kanada, Çin, Yaponiya və ABŞ bazarları üçün məhsullarının qiymətlərini bahalaşdırıb.

Banco.az xəbər verir ki, ABŞ-da 2023-cü ilin yanvarından bəri ilk dəfə Model Y və Model 3 modelləri 250 dollar bahalaşıb. Kanadada elektriklə işləyən avtomobillərin qiyməti 222 dollar bahalaşıb. Yaponiya və Çində şirkətin avtomobilləri müvafiq olaraq 269 və 289 dollar bahalaşıb.

Şirkətin il ​​ərzində ardıcıl üç dəfə bütün avtomobillərin qiymətini aşağı salmasından sonra bu addım təəccüb doğurub. "Tesla" rəhbəri bunu faiz dərəcələrinin artması ilə əlaqələndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram