Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” bankı 3000 əməkdaşını ixtisar edəcək.
Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Morgan Stanley” tənəzzül narahatlıqları iqtisadiyyatın bərpasını gecikdirdiyi üçün ixtisarların növbəti mərhələsinə hazırlaşır.
Mənbələrin məlumatına görə, yüksək vəzifəli rəhbərlər bu rübün sonuna qədər təxminən 3 min vakansiyanı boşaltmağı düşünürlər. Bu, maliyyə məsləhətçiləri və aktivlərin idarə edilməsi departamentində onlara dəstək verən işçilər istisna olmaqla, bankın işçilərinin təxminən 5 faizini təşkil edir.
Qeyd edək ki, bankın baş direktoru Ceyms Qorman ötən ay açıqlama verərək anderraytinq və birləşmə fəaliyyətlərinin sıxışdırıldığını və bu ilin ikinci yarısından və ya 2024-cü ildən əvvəl bərpa gözlənilmədiyini söyləmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!