Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Co Bayden ölkənin bank sistemi üçün "təhlükəsiz və sağlam" ifadələrini işlədib.
Banco.az xəbər verir ki, Bayden “Milli Kiçik Biznes Həftəsi” çərçivəsində keçirilən tədbirdəki çıxışı zamanı ABŞ tənzimləyicilərinin iflasa uğramış “First Republic Bank”ın satışını asanlaşdırmaq üçün hərəkətə keçdiyini xatırladıb.
Bütün əmanətçilərin qorunduğunu və vergi ödəyicilərinin təhlükədə olmadığını qeyd edən Bayden bildirib ki, bu tədbirlər ölkənin bank sisteminin təhlükəsiz və dayanıqlı olmasını təmin edir.
Çıxışda prezident bir daha vurğulayıb ki, bankların müflisləşməsində bankirlərin məsuliyyət daşımasını ehtiva edən tənzimləmə üçün Konqresə çağırış edilib. O, həmçinin qeyd edib ki, böyük və regional bankların tənzimlənməsi və nəzarətini gücləndirmək zəruridir.
Bank iflaslarının bir daha baş verməməsinin təmin edilməsinin vacibliyini vurğulayan Bayden bu zəmanəti vermək üçün çalışdıqlarını dilə gətirib.
Bizi sosial şəbəkələrdən izləyin!!