2027-ci ilə qədər dünyada milyonlarla insan işini itirə bilər | Banco.az

2027-ci ilə qədər dünyada milyonlarla insan işini itirə bilər

Müəllif - Aida İsaq, Banco.az

2027-ci ilə qədər dünyada 14 milyon iş yeri sıradan çıxacaq.

Banco.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) hesabatında bildirilir. Məlumata görə, süni intellektin tətbiqi bəzi vəzifələrin ləğvinə gətirib çıxaracaq. Bununla yanaşı, müvafiq sahədə mütəxəssislərin məşğulluğu beş il ərzində orta hesabla 30% artacaq. Qeyd olunur ki, süni intellekt bizneslə bağlı müəyyən tapşırıqların 34%-ni yerinə yetirir. Bununla yanaşı, işəgötürənlər gələcəkdə bu səviyyənin artmasına daha müsbət yanaşıb. Beləliklə, sorğunun nəticələrinə görə, 2027-ci ilə qədər müxtəlif sektorlardakı işlərin 42%-i avtomatlaşdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram