Avropada inflyasiya səviyyəsi uzun müddət yüksək qala bilər | Banco.az

Avropada inflyasiya səviyyəsi uzun müddət yüksək qala bilər

Müəllif - Aida İsaq, Banco.az

Avropa ölkələrində inflyasiya gözləniləndən daha uzun müddət yüksək qala bilər. 

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertlərinin hesabatına əsasən məlum olub. Məlumata görə, bu, qaz və digər enerji daşıyıcılarının birja qiymətlərinin əhəmiyyətli dərəcədə artması fonunda baş verəcək.

Eyni zamanda, yüksək inflyasiya həm inkişaf etmiş iqtisadiyyata malik Avropa İttifaqı (Aİ) ölkələrinə, həm də istehsal templəri inkişaf edən region dövlətlərinə təsir göstərə bilər. Hər iki halda BVF-nin gözləntilərinə görə, cari ilin sonuna istehlak qiymətlərində orta artım ötən ilki səviyyələri keçəcək. Beləliklə, qeyd olunur ki, inkişaf etmiş Avropa ölkələrində baza inflyasiya 2022-ci ildəki 5,1%-dən 2023-cü ildə orta hesabla 5,6%-ə yüksələcək. Onlarla müqayisədə Avropanın inkişaf etməkdə olan ölkələrində inflyasiya iki dəfədən çox yüksək olacaq. Enerji qiymətləri yenidən kəskin artarsa, yüksək və qarışıq inflyasiya gözləniləndən daha uzun müddət davam edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et