Müəllif - Aida İsaq, Banco.az
Ukrayna mərkəzi bankı uçot dərəcəsini 25% səviyyəsində saxlayıb.
Banco.az xəbər verir ki, məlumata görəə, bu, qrivna aktivlərinin cəlbediciliyini artırmaq üçün qurumun əvvəlki tədbirlərini dəstəkləyəcək. Tənzimləyici qurum məzənnənin 25% səviyyəsində saxlanılmasının valyuta bazarının sabitliyini təmin edəcəyi qənaətindədir.
Qeyd edək ki, 2022-ci ilin iyun ayının birinci yarısında Ukrayna mərkəzi bankı uçot dərəcəsini 10%-dən 25%-ə qaldırıb. O vaxtdan bəri məzənnə hər ay eyni səviyyədə saxlanılır.
Bizi sosial şəbəkələrdən izləyin!!