Yaponiyanın mərkəzi bankı pul siyasətini nəzərdən keçirəcək | Banco.az

Yaponiyanın mərkəzi bankı pul siyasətini nəzərdən keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı pul siyasətini nəzərdən keçirməyə qərar verib.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BoJ) cümə günü pul siyasətini sabit saxlasa da, gələcək siyasət yolu ilə bağlı rəhbərliyini yeniləyib və pul siyasətini "geniş perspektivdən" nəzərdən keçirməyə qərar verib.

Mərkəzi Bankın iclasdan sonra yaydığı bəyanatda bu prosesi üçün 1-1,5 il müddətinin ayrılacağı vurğulanıb.

Qeyd edək ki, BOJ cümə günü başa çatan iki günlük iclasında proqnozlaşdırıldığı kimi qısamüddətli faiz dərəcəsi hədəfini 0,1 faiz, 10 illik istiqraz gəlirliliyi hədəfini isə 0 faiz səviyyələrində saxlayıb.

Bankın bəyanatına görə, 2023-cü maliyyə ili üzrə əsas istehlak qiymətləri proqnozu 1.6 faizdən 1.4 faizə, 2024-cü maliyyə ili üzrə isə 1.8 faizdən 1.2 faizə endirilib. Bank 2025-ci maliyyə ili üçün proqnozunu isə 1.0 faiz olaraq qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et