ABŞ-ın neft ehtiyatları ötən həftə 5,1 milyon barrel azalıb | Banco.az

ABŞ-ın neft ehtiyatları ötən həftə 5,1 milyon barrel azalıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın neft ehtiyatları həftə ərzində 5,1 milyon barrel azalaraq 460,9 milyon barrelə düşüb. 

Banco.az xəbər verir ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ilin orta göstəricisindən təxminən 1% aşağıdır. Bununla yanaşı, ABŞ-ın strateji neft ehtiyatının 369,6 milyon barelə qədər azaldığı məlumdur ki, bu da 1983-cü ilin noyabrından bəri ən aşağı göstərici olub.

Qeyd edək ki, 1983-cü ilin noyabrında ABŞ-ın neft ehtiyatı da 369,6 milyon barel təşkil edib. Eyni zamanda, son bir həftə ərzində göstərici 1,6 milyon barel azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et