Aİ-nin külək enerjisi hədəflərinə nail olması çətinləşib | Banco.az

Aİ-nin külək enerjisi hədəflərinə nail olması çətinləşib

Müəllif - Aida İsaq, Banco.az

Avropa külək stansiyalarının köməyi ilə Rusiya qazından asılılığını aradan qaldıra bilməyib. 2030-cu ilə qədər hədəflənən məqsədlərə çatmaq mümkünsüz görünür.

Banco.az xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb. Bazar ekspertləri onilliyin sonuna qədər Avropanın beş ölkəsinin birlikdə 88 giqavat enerji istehsal etmək məqsədinə nail ola biləcəyini qeyd edir ki, bu da hədəfin 75%-ni təşkil edəcək. Bununla yanaşı, yeni “külək turbinləri”nin tikintisinin dəyəri də azalıb. 

Məlumata görə, bir sıra layihələrdə xərcləri kəskin artması fonunda müəyyən problemlər yaranıb. Belə ki, tikintinin yekun qiyməti şirkətlərin elektrik enerjisi satmağa razılaşdıqları qiymətləri xeyli ötməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram