Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada İstehlakçı İnam İndeksi may ayında bərpasını davam etdirib.
Banco.az xəbər verir ki, baş ofisi Almaniyada yerləşən bazar araşdırması şirkəti “GfK” gələn ay üçün İstehlakçı İnam İndeksinin nəticələrini açıqlayıb.
Açıqlamada mart ayında yenidən nəzərdən keçirilən və bu ay üçün mənfi 29,3 olaraq ölçülən İstehlakçı İnam İndeksinin may ayı üçün 3,6 bənd artaraq mənfi 25,7 olduğu bildirilib. Beləliklə, indeks yüksəlişini yeddinci ayda da davam etdirərkən 2022-ci ilin aprelindən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
İqtisadçılar indeksin mənfi 27,9 punkta yüksələcəyini gözləyirdilər.
Qeyd edək ki, indeksin yüksəlməsində əsas hərəkətverici qüvvə kimi almanların daha mülayim enerji qiymətləri və maaşların artırılması gözləntiləri ilə gələcək maliyyə vəziyyətlərinə daha müsbət fikirləri göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!