Müəllif - Aida İsaq, Banco.az
Ukraynada qazlı içkilərə verginin tətbiqi və bu vergi yığımından gələn vəsaitin hansı istiqamətə yönəldilməsi ilə bağlı iki qanun layihəsinin qəbulu gündəmdədir.
Banco.az xəbər verir ki, bu barədə deputat Mixail Radutski bildirib. Onun sözlərinə görə, şəkər, dadlandırıcı inqridiyentlər əlavə edilən mineral və qazlı içkilərin 1 litrinə 0,1 avro (8,98 rubl) vergi tutulmağa başlanacaq.
İkinci qanun layihəsi əldə olunan vəsaitin bir hissəsini şəkərli qazlı içkilərin müntəzəm istifadəsi nəticəsində yaranan xəstəliklərin qarşısının alınması və müalicəsi proqramlarının həyata keçirilməsinə, digər hissəsinin isə 50 faizini məktəblərdə uşaqların qidalanması proqramına yönəltməyə imkan verəcək.
Qeyd olunur ki, müvafiq qanun layihəsinin əsas məqsədi mütəmadi olaraq belə içkilərdən istifadə edən həmvətənlərin sayını azaltmaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!