Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliyada birinci rüb inflyasiyası illik müqayisədə 7 faizə enib.
Banco.az xəbər verir ki, Avstraliyanın birinci rüb üzrə inflyasiyası illik müqayisədə 2022-ci ilin dekabrında başa çatan rübdə qeydə alınan 23 ilin ən yüksək səviyyəsi - 7,8 faizdən 7 faizə düşüb.
Bu, həm də 2021-ci ilin sentyabr ayında başa çatan rübdən bəri istehlak qiymətləri indeksində ardıcıl beş artım silsiləsinin sona çatdığını da göstərir.
Ölkənin statistika bürosunun məlumatına görə, mart dövründə inflyasiyaya ən çox töhfə verənlər müvafiq olaraq 9,7 faiz və 4,7 faiz artımla ali təhsil və ölkədaxili tətil səyahətləri, həmçinin 14,3 faiz artımla qaz və məişət yanacağı xərcləri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!