Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) Avrozona banklarından reallaşdırılmamış itkilər haqqında daha ətraflı məlumat əldə edəcək.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) Banklara Nəzarət departamentinin rəhbəri Andrea Enria Avrozonanın aparıcı banklarından sürətli faiz artımlarından sonra yaranmış, ancaq reallaşdırılmamış zərərlər barəsində daha çox məlumat topladıqlarını açıqlayıb.
Enria bildirib ki, sərt tənzimləmə səbəbindən Avrozonada hər hansı potensial zərər ABŞ-dan daha az olacaq. O, həmçinin vurğulayıb ki, bununla belə, ECB-nin hələ də daha müəfəssəl məlumatlara ehtiyacı var.
“Biz reallaşdırılmamış zərərin miqdarını bilirik, lakin hedcinq tətbiqləri ilə bağlı ətraflı məlumatımız yoxdur. Hazırda topladığımız məlumatlar bizi bankların faiz dərəcəsi riski ilə bağlı daha yaxşı və ətraflı məlumatla təmin edəcəkdir”, deyə o əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!