ABŞ-da istehlakçı inamı 9 ayın minimumuna enib | Banco.az

ABŞ-da istehlakçı inamı 9 ayın minimumuna enib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı ötən 9 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Konfrans Şurası Amerikada istehlakçı tendensiyalarını ölçən İstehlakçı İnam İndeksi ilə bağlı aprel məlumatlarını dərc edib.

Bu məlumatlara görə, İstehlakçı İnam İndeksi aprel ayında əvvəlki aya görə 2,7 bənd azalaraq 101,3 punkt olub. Proqnozlar isə 104 punkta işarə edirdi.

Amerikalı istehlakçıların cari iş və əmək bazarı şərtləri ilə bağlı qiymətləndirmələrini əks etdirən cari vəziyyət indeksi isə aprel ayında 2,2 bənd yüksələrək 151,1 punkta çatıb.

Gələcək üçün qısamüddətli qiymətləndirmələri əks etdirən proqnozlar indeksi də sözügedən dövrdə 5,9 bənd azalaraq 68,1 punkta düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram