Aİ sosial media nəhənglərinə qarşı sərt qaydalar tətbiq edəcək | Banco.az

Aİ sosial media nəhənglərinə qarşı sərt qaydalar tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) 19 rəqəmsal platformaya dair yeni qaydalar açıqlayıb. 

Banco.az xəbər verir ki, Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində daha sərt qaydalara tabe olacaq Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformaların və axtarış sistemlərinin siyahısını müəyyən etdiyini bəyan edib.

Avropa İttifaqı (Aİ) tərəfindən hazırlanmış çox sayda istifadəçisi olan və bu səbəbdən də ciddi qaydalara tabe ediləcək nəhəng rəqəmsal platformalar siyahısına “Google”, “Facebook”, “YouTube”, “Twitter” və “Apple” kimi şirkətlər daxil edilib.

Bəyanatda “Alibaba”, “Amazon”, “Apple AppStore”, “Booking.com”, “Facebook”, “Google Play”, “Google Maps”, “Google Shopping”, “Instagram”, “LinkedIn”, “Pinterest”, “Snapchat”, “TikTok”, “Twitter”, “Wikipedia”, “YouTue” və “Zalando” nəhəng onlayn platforma, “Bing” və “Google” isə nəhəng axtarış sistemi kimi təsnif edilib.

Belə ki, aralarında adı çəkilən şirkətlərin də olduğu ümumilikdə 19 platforma 4 ay ərzində qanun çərçivəsində bütün yeni öhdəliklərə əməl etməli olacaq ki, hər hansı qanun pozuntusu halında şirkətlər qlobal dövriyyələrinin 6 faizinə qədər cərimələnəcək. Bir sözlə, yeni qaydalara əsasən, rəqəmsal platformalar Aİ tərəfindən daha sərt şəkildə tənzimlənəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram