Paşa Bank
Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis
Vakansiya haqqında məlumat:
Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis
PAŞA Bank namizədləri Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində);
- Regulyator tələblərinin vahid bir reyestridə əks etdirmək və mütəmadi olaraq onlara edilən dəyişikliklər vaxtlı vaxtında müvafiq reyestirdə yeniləmək;
- Vendorların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması;
- Biznes mərkəzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş Komplayns tələbləri ilə əlaqəli sorğuları cavablandırmaq;
- Səlahiyyətli orqanlardan Komplayns şöbəsinin skopu çərçivəsində daxil olan sorğuların vaxtında cavablandırlması;
- Maraqların Toqquşması və Maraqların Bəyan Edilməsi siyasətinin idarə edilməsinə dəstək vermək;
- Bankda mövcud prosesin hər hansı bir addımının avtomatisaziyasının regulativ tələblərinin pozulmasına gətirib çıxarmaını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər vermək;
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə siyasətinin idarə edilməsinə dəstək olmaq;
- Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanı təşkil etmək;
- Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, hüquq və ya digər uyğun sahədə ali təhsil (bakalavr)
- Tələb olunan iş təcrübəsi: minimum 3 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində (minimum birində) təcrübənin olması)
- Lisenziya / Sertifikat: Compliance və ya audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır
- Xarici dillər: İngilis (səlis), rus (işlək)
- Kompüter bilikləri: Microsoft Office
- Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Davranış məcəlləsi, Maraqların toqquşması mövzusu, və digər daxili qaydalar üzrə biliklər.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!