PAŞA Bank
Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis
PAŞA Bank namizədləri Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
- Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsi, qərarlarının bankın müvafiq normativ tələblərinə uyğun olaraq qəbul olunmasına nəzarət;
- İdarəetmə orqanları və komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq orqanın qərar vermə səlahiyyəti və limitinə uyğunluğuna nəzarət;
- Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət, müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması üzrə qərarın verilməsi;
- Katibi olduğu iclasların/komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun hazırlanması, imzalanması və icraya yönəldilməsi;
- İclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət və nəticələr haqqında məlumatların qərarı qəbul etmiş müvafiq qurumlara vaxtında təqdim olunması;
- Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
- Bankın katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;
- Bankın korporativ idarəetmə strukturunun fəaliyyətinin əsasını təşkil edən sənədlərin (siyasət, əsasnamə və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədləri idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsi;
- Korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal iştirak.
Sizdən nə tələb olunur?
- Təhsil: hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr təhsili
- Təcrübə: 2-3 il
- Xarici dil: ingilis və rus dili biliyi arzu ediləndir
- Kompüter bilikləri: "Microsoft Office" proqramları
- Məhsul üzrə biliklər: kredit, sənədli əməliyyat, faktorinq
- Lisenziya / sertifikat: korporativ İdarəetmə istiqaməti üzrə sertifikatın olması arzu ediləndir.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!