Polşa Ukraynadan taxıl idxalına qoyulan qadağanı ilin sonuna qədər uzatmağı hədəfləyir | Banco.az

Polşa Ukraynadan taxıl idxalına qoyulan qadağanı ilin sonuna qədər uzatmağı hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

Varşava Ukraynadan taxıl idxalına qoyulan qadağanı ilin sonuna qədər uzatmaq niyyətindədir. 

Banco.az xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı naziri Robert Telyus Bolqarıstan, Rumıniya, Slovakiya və Macarıstandan olan tərəfdaşlarla danışıqların yekunlarından sonra bildirib. Onun sözlərinə görə, Aİ müvafiq qadağanın iyun ayına qədər keçərli olmasını təklif edib. Lakin Polşa məhdudiyyətləri ilin sonuna qədər uzatmaqda israrlıdır.

R.Telyusun sözlərinə görə, o, Lüksemburqda Ukrayna ilə həmsərhəd beş ölkənin ümumi mövqeyini Avropa Komissiyasında təmsil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram