Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələri karbon bazarında islahatlara dair sazişi təsdiqləyib.
Banco.az xəbər verir ki, bu proqrama əsasən, Avropa İttifaqının üzvləri 2030-cu ilə qədər tullantıları 2005-ci il səviyyəsindən 62% azaltmaq məqsədi ilə karbon bazarında islahatlara dair sazişi təsdiqləyib. Bu da Aİ-nin emissiyaların azaldılması hədəflərinə cavab vermək üçün nəzərdə tutulub. 27 Aİ ölkəsindən 24-ü islahatın lehinə səs verib. Polşa və Macarıstanın müvafiq razılaşmaya qarşı çıxması fonunda Belçika və Bolqarıstan isə bitərəf qalıb.
Təsdiqlənmiş islahatlara əsasən, ağır sənaye müəssisələri 2034-cü ilə qədər hazırda aldıqları pulsuz karbon dioksid (CO₂) icazələrini itirəcəklər. Bununla da, aviaşirkətlər 2026-cı ildən etibarən daha yüksək CO₂ emissiya xərclərinə məruz qalacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!