Avropa bankları yeni ödəniş xidməti işə salacaq | Banco.az

Avropa bankları yeni ödəniş xidməti işə salacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropadan 16 maliyyə xidməti təminatçısı gələn ilin əvvəlində yeni ödəniş sistemini işə salmağı planlaşdırır.

Banco.az xəbər verir ki, Avropa Ödəniş Təşəbbüsü (EPI) tərəfindən edilən açıqlamada Avropadakı bankların öz ödəniş xidmətlərini işə salmaq üçün bu təşəbbüsü dəstəklədikləri bildirilib.

Təşəbbüsdə Hollandiyanın ABN Amro və Rabobank maliyyə institutlarının iştirak etdiyi və EPI-nin ödəniş xidmətləri göstərən Hollandiyalı “Currence IDEAL” və Lüksemburqda yerləşən PQI-ni almağı planlaşdırdığı qeyd olunub.

Xatırladaq ki, sözügedən ödəniş sisteminin pilot tətbiqinə 2023-cü ilin sonunda Fransa və Almaniyada başlanacaq, 2024-cü ildə isə digər ölkələrə yayılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et