Tarixdə ilk dəfə Avropalı bir şirkətin bazar dəyəri 500 milyard dolları ötüb | Banco.az

Tarixdə ilk dəfə Avropalı bir şirkətin bazar dəyəri 500 milyard dolları ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlk dəfə olaraq Avropalı bir şirkətin bazar dəyəri 500 milyard dolları ötüb.

Banco.az xəbər verir ki, Fransanın dəbdəbəli istehlakçı qrupu “Louis Vuitton Moët Hennessy”in (LVMH) səhmləri 0,3 faiz bahalaşıb və şirkətin bazar dəyəri 500 milyard dolları ötüb. Beləliklə, ilk dəfə olaraq bir Avropa şirkətinin bazar dəyəri 500 milyard dolları üstələyib.

Xatırladaq ki, LVMH-nin ilk rüb üzrə satışları proqnozları üstələmiş və bununla da, şirkətin səhmləri bahalaşmağa davam etmişdi.

Çində Kovid-19 məhdudiyyətlərinin aradan qaldırılması ilə dəbdəbəli istehlakın artması və avronun möhkəmlənməsi şirkətin bazar dəyərinin yüksəlməsindəki əsas amillər olub.

Qeyd edək ki, ilin I rübü üzrə göstəricilərin açıqlanmasından sonra LVMH dünyanın 10 ən böyük şirkəti siyahısına daxil olmuşdu. Şirkətin sahibi Bernard Arno da dünyanın ən varlı insanı titulunu qoruyub saxlayır ki, Bloomberg Milyarderlər İndeksinə görə, onun hazırda 212 milyard dollar sərvəti mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et