Avropanın avtomobil bazarı ötən ay artım göstərib | Banco.az

Avropanın avtomobil bazarı ötən ay artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın avtomobil bazarı mart ayında 29 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) mart ayı üzrə Avropa İttifaqı (Aİ) ölkələri üçün yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Buna görə, Aİ ölkələrində yeni avtomobillərin satışı ötən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz artaraq 1 milyon 87 min 939 ədədə çatıb.

İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-mart aylarını əhatə edən dövrdə əvvəlki ilin eyni dövrünə görə 17,9 faiz artaraq 2 milyon 650 min 711 ədəd olub.

Mart ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 37,5 faizi benzin, 24,3 faizi hibrid, 14,5 faizi dizel, 13,9 faizi tam elektrik, 7,2 faizi plug-in hibrid və 2,6 faizi isə faizi digər yanacaqlardan ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkələr üzrə nəzər saldıqda isə görürük ki, sözügedən dövrdə avtomobil satışı İspaniyada 66,1 faiz, İtaliyada 40,7 faiz, Fransada 24,2 faiz, Almaniyada 16,6 faiz artıb.

İstehsalçıların məlumatına görə, “Volkswagen Group” mart ayında 275 min 757 ədədlə Aİ-də ən çox yeni avtomobil satışı həyata keçirən şirkət olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et