Amerika banklarının Rusiyadakı filialları 2022-ci ili zərərlə başa vurub | Banco.az

Amerika banklarının Rusiyadakı filialları 2022-ci ili zərərlə başa vurub

Müəllif - Aida İsaq, Banco.az

Amerikanın “Goldman Sachs” və “Bank of America” banklarının Rusiyadakı nüayəndəlikləri 2022-ci ildə zərərə uğrayıb.

Banco.az xəbər verir ki, məlumata görə, ötən ili “Goldman Sachs” 176,6 milyon rubl, “Bank of America”nın strukturu olan “Merrill Lynch Securities” isə 658,8 milyon rubl zərərlə tamamlayıb. Müvafiq itkilər son beş ildə ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, sözügedən maliyyə qurumları Rusiyada investisiya bankçılığı, valyuta bazarında və birjada əməliyyatların aparılması və əməliyyatların dəstəklənməsi üzrə ixtisaslaşan şirkətlərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram