Ukrayna rekord dövlət borcu ilə üzləşib | Banco.az

Ukrayna rekord dövlət borcu ilə üzləşib

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ilin sonuna Ukraynada dövlət borcu 173 milyard dollar olmaqla rekord səviyyəyə çata bilər.

Banco.az xəbər verir ki,  bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov xəbərdarlıq edib. Onun sözlərinə görə, maliyyə yardımlarının edilməsinə baxmayaraq, ABŞ, Aİ, digər ölkə və təşkilatlardan gələn vəsaitlərin əksər hissəsi kreditlərdir. Dövlət gec-tez bu ödənişləri qarşılamalı olacaq.

Onun sözlərinə görə, Ukrayna büdcəsinin öz gəlirləri Qərbdən gələn yardımın həcmindən 4 dəfə azdır. Yəni ölkənin dövlət borcu onun gəlirlərinin 300%-ni təşkil edir. Sabiq nazir qeyd edib ki, borcların artması ilə Ukraynanın borclara xidmət xərcləri də artır. Bu il onların ikiqat artacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et