Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb | Banco.az

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq 35 milyard dolları ötüb.

Banco.az xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib. Onun sözlərinə görə, müvafiq yüksək temp xüsusilə enerji və mineral gübrələrin tədarükünün artması fonunda reallaşıb. Nazir həmçinin milli valyutalarda hesablaşmalara şərait yaradılması istiqamətində işlərin aparıldığını vurğulayıb. 

Qeyd edək ki, son məlumatlara əsasən Rusiya Hindistanın ilk 5 ən böyük ticarət tərəfdaşları siyahısına daxil olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et