Qlobal düyü bazarı 20 ilin ən böyük tədarük qıtlığı ilə üzləşib | Banco.az

Qlobal düyü bazarı 20 ilin ən böyük tədarük qıtlığı ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal düyü bazarı son 20 ilin ən böyük tədarük çatışmazlığı ilə qarşı-qarşıyadır.

Banco.az xəbər verir ki, “Fitch Solutions”a görə, qlobal düyü bazarı 2023-cü ildə son on illiyin ən böyük kəsirini qeyd edəcək.

Analitiklər CNBC-yə bildiriblər ki, dünyanın ən çox yetişdirilən taxıl məhsullarından biri üçün bu böyüklükdə kəsir əsas idxalçılara zərər verəcək.

“Fitch Solutions”ın əmtəə üzrə analitiki Çarlz Hart deyib: "Dünya  səviyyəsində qlobal düyü kəsirinin ən əhəmiyyətli təsiri son on ildə ən yüksək düyü qiymətləri olub və hələ də belədir".

Düyü qiymətlərinin 2024-cü ilə qədər hazırkı yüksək səviyyədə qalacağını gözləyən “Fitch Solutions” ilin əvvəlindən bəri düyünün orta qiymətinin 17,30 dollar/cwt olduğunu və 2024-cü ildə yalnız 14,50 dollar/cwt-a qədər azalacağını proqnozlaşdırıb. Cwt düyü kimi müəyyən mallar üçün ölçü vahididir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, 2022-2023-cü illər mövsümündə qlobal düyü tədarükü kəsiri 8,7 milyon ton olacaq. Bu, 2003-2004 mövsümündən bəri ən böyük kəsir deməkdir. Həmin mövsümdə 18,6 milyon ton kəsir yaranmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et