"Tesla" yenidən avtomobillərinin qiymətini endirdi | Banco.az

"Tesla" yenidən avtomobillərinin qiymətini endirdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” şirkəti “Model 3” və “Model Y” avtomobillərinin qiymətlərini yenidən aşağı salıb.

Banco.az xəbər verir ki, “Tesla”nın CEO-su İlon Mask istehlakçı tələbini azalda biləcək faiz dərəcələrinin artması fonunda bir çox modellərinin qiymətlərini növbəti dəfə aşağı salıb.

Mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən ABŞ-ın avtomobil istehsalçısı öz saytında bildirib ki, “Model Y” uzun mənzilli tam ötürücülü modelinin qiyməti 9,1 faiz ucuzlaşaraq 49 min 990 dollara, “Model Y” performans modelinin qiyməti isə 8,5 faiz ucuzlaşaraq 53 min 990 dollara düşəcək.

Arxa ötürücülü “Model 3”ün qiyməti isə 7 faiz ucuzlaşaraq 39 min 990 dollara başa gələcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, elektromobil istehsalçısı bir neçə rübdür davam edən məyusedici tədarüklərdən sonra tələbi artırmağa çalışdığı üçün bu ay ikinci qiymət endirimini edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et