Müəllif - Aida İsaq, Banco.az
BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qlobal artımın 32,1%-ni təmin edəcək.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) analitiklərinin məlumatına əsasən, G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) payına isə 29,9% düşəcək. Qeyd olunur ki, BRICS və G7 ölkələrinin 2020-ci ildə qlobal iqtisadi artıma töhfəsi eyni səviyyədə olub. 2023-cü ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikada 32,1%, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-da isə 29,9% artım olacaq.
Eyni zamanda, 2028-ci ildə BRİCS ölkələrinin dünya iqtisadi artımına töhfəsinin daha çox olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!