Müəllif - Aida İsaq, Banco.az
Rusiya Mərkəzi Bankı rəqəmsal rublun sınaqdan keçirilməsinə hazırdır.
Banco.az xəbər verir ki, bu barədə tənzimləyici qurumun rəhbəri Elvira Nabiullina bildirib. Onun sözlərinə görə, hazırda kiçik məbləğlərlə daha az müştəriylə işlərin həyata keçirilməsi mümkündür. Növbəti mərhələdə rəqəmsal rublun əhatə dairəsinin genişləndiriləcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə maliyyə bazarının analitiki Maksim Qlazkov rəqəmsal rublun üstünlüklərindən danışaraq, onun həm fiziki, həm də hüquqi şəxslər üçün sürətli və etibarlı maliyyə mənbəyi olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!