Neft yenidən bahalaşmağa başlayıb | Banco.az

Neft yenidən bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft Çindən gələn məlumatlardan sonra bahalaşıb.

Banco.az xəbər verir ki, Çin iqtisadiyyatının bərpası hökumətin sıfır-Kovid siyasətinin sona çatmasından sonra davam etməsi və tələb proqnozunun güclənməsi fonunda neft bahalaşmağa başlayıb.

ABŞ xam nefti bazar ertəsi dörd həftənin ən böyük gündəlik ucuzlaşması olan 2 faizlik dəyər itkisi ilə ticarət əməliyyatlarını başa vurduqdan sonra yeni günə 81 dollardan yuxarı başlayıb. 

Brent markalı neft isə 84,55 dollara satılır.

Çin iqtisadiyyatı birinci rübdə gözləniləndən daha sürətli böyüdüyü üçün açıq neft tələbi və xam neftin emalı mart ayında artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et