Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” təkrar emalla bağlı böyük bir addım atmağa hazırlaşır.
Banco.az xəbər verir ki, texnologiya nəhəngi bütün batareyalarında təkrar emal edilmiş materiallardan istifadə etməyi hədəfləyən planını açıqlayıb.
Belə ki, “Apple” 2025-ci ilə qədər bütün batareyalarında 100 faiz təkrar emal edilmiş kobaltdan istifadə etməklə təkrar emal edilmiş materialların istifadəsini genişləndirməyi planlaşdırır.
Bu addımla hər bir məhsulunu karbon neytrallaşdırmağı hədəfləyən şirkət cihazlarında dövrə lövhələrində lehim qalayından və 100 faiz təkrar emal edilmiş qızıl örtükdən də istifadə etməyi planlaşdırır.
“Apple” mövzu ilə bağlı verdiyi açıqlamada 2022-ci ildə təkrar emal edilmiş metalların istifadəsini əhəmiyyətli dərəcədə genişləndirdiyini bildirib. Şirkət həmçinin vurğulayıb ki, hazırda “Apple” məhsullarında istifadə edilən alüminiumun üçdə ikisindən çoxu, nadir torpaq elementlərinin təxminən dörddə üçü və volframın 95 faizindən çoxu 100 faiz təkrar emal edilmiş materiallardan gəlir.
Bizi sosial şəbəkələrdən izləyin!!