Müəllif - Aida İsaq, Banco.az
Qlobal maliyyə sistemində ABŞ və Çin iki bloka ayrılarsa dünya iqtisadiyyatı ÜDM-nin onda birinə qədərini itirə bilər.
Banco.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala xəbərdarlıq edib. İki ölkə arasındakı rəqabət səbəbindən qlobal ÜDM-in 5 faiz azalması ilə bağlı ilkin proqnoz daha sonra yenidən 8,7 faizə endirilib. Bundan başqa, ÜTT onlayn ticarət artımının qlobal iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini gözləyir. 2020-ci ildən 2022-ci ilə qədər onlayn satışlar artaraq bütün qlobal ticarətin 13 faizini təşkil edir. ÜTT rəhbəri həmçinin tədarük zəncirləri ilə bağlı problemlərin uğurla həll olunduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!